
Ermənistan Respublikasının Müdafiə Nazirliyi erməni SQ tərəfindən Ermənistan-Azərbaycan sərhəd hissələrində Azərbaycan mövqelərinin atəşə tutulmasına dair Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumatı təkzib edib. Bu barədə ER Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:
“Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yayaraq iddia edir sanki iyunun 27-də axşam saatlarında Ermənistan SQ Tavuş bölgəsinin Ermənistan-Azərbaycan sərhədi hissəsi daxil olmaqla Azərbaycan mövqelərini atəşə açıb. Bu məlumat da həqiqətə uyğun deyil: ER Silahlı Qüvvələrinin bölmələri Azərbaycan mövqeləri istiqamətində hətta bir atəş açmayıblar”.