BaşlıcaSiyasət

Müdafiə nazirinə müasir pilotsuz uçan aparatın nümunələri təqdim edildi

Vağarşak Harutyunyan məmnunluqla qeyd etdi ki, son zamanlar hərbi sənaye şirkətlərinin fəaliyyəti intensivləşib.

Müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan Ermənistan Respublikasında pilotsuz uçuş aparatlarının və radioelektron cihazların istehsalı ilə məşğul olan bir sıra hərbi sənaye şirkətlərini ziyarət edib. Bu haqda ER Müdafiə nazirliyinin mətbuat xidməti məlumatlandırıb.

Nazir  vəzifəsinin səlahiyyətçisi istehsalat zallarını gəzərək şirkətlərin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı proqramlar barədə məlumat əldə edib.

Vağarşak Harutyunyan şirkətlərin məhsulları, xüsusilə müasir pilotsuz hava vasitələrinin nümunələri ilə tanış oldu. Səfər zamanı hərbi sənayenin inkişafının əsas aspektləri müzakirə edildi.

Vağarşak Harutyunyan məmnunluqla qeyd etdi ki, son zamanlar hərbi sənaye şirkətlərinin fəaliyyəti intensivləşib. Müdafiə naziri qarşılıqlı faydalı dövlət-özəl əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulamışdır.

Daha çox göstər
Back to top button