BaşlıcaSiyasət

Bakıda türklər, Konyada azərbaycanlılar: “Türk-azərbaycan ortaq hərbi təlimlərə başlanılıb”

Bakıda “Mustafa Kemal atatürk 2021” adlı Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərinə  başlanılıb.

Bunlar 3 gün davam edəcək və iyunun 30-da sona çatacaq. Təlimdə təxminən 600 əsgər iştirak edir. Tanklar, döyüş vertalyotları, pilotsuz uçan aparatlar və digər hərbi texnika işləyir.

Türkiyənin Konya şəhərində Azərbaycan hava qüvvələrinin iştirakı ilə “Anadolu qartalı 2021” beynəlxalq uçuş taktiki təlimi davam edir. Şərti düşmənin şərti hava hədəflərini məhv edilir, hava missiyası yerinə yetirilir.

Bir neçə gün əvvəl, iyunun 21-dən 23-dək Azərbaycan və Türkiyə Naxicevanda taktiki hərbi təlimlər keçirmişdir. Orada Naxicevan qarnizonunun qoşunları və Türkiyə silahlı qüvvələrinin rəhbər qurumlarıiştirak edib.

Daha çox göstər
Back to top button