
Avropa Birliyi Şurası,iyunun 29-da AB qonşuluğunun üç ölkələri Ukrayna,Ermənistan ,Tunis ilə ümumi aviasion zonasını yaratmaq ətrafında razılaşmalar və Qətərlə hava nəqliyyatı müqaviləsinin imzalanması barədə razılaşmaları təsdiqlədi.
Bu müqavilələr istehlakçılar və hava yolları üçün yeni imkanlar açaraq hava nəqliyyatı bazarının açılmasına imkan verəcəkdir.
Ticarət, turizm, investisiyaların təşviqi, sosial-iqtisadi inkişaf daha təsirli əlaqə sayəsində yeni bir təkan veriləcəkdir. Bu haqda AB-nin Ermənistandakı nümayəndəliyi məlumatlandırıb.
Avropa Birliyi Şurası, hava yolları bazarına giriş təmin edəcək və vətəndaşlar üçün əlaqə və hərəkət azadlığını genişləndirəcək dörd əsas aviasiya müqaviləsini imzalamağa hazırdır. Portuqaliyanın hazırkı İnfrastruktur naziri, Avropa Şurasına sədrlik edən Nuno Santos, “Anlaşmalar eyni zamanda ən yüksək səviyyədə təhlükəsizlik təmin edəcək və bərabər şəraitin təmin edilməsi üçün tədbirlər görüləcək”- deyərək Portuqaliyanın infrastrukturlar üzrə naziri Nuno Santos kim ki, hazırda AB Şurasına sədrlik edir, qeyd edib.
Qonşu ölkələrlə imzalanacaq üç razılaşma qonşu AB ölkələri üçün bazar məhdudiyyətlərini aradan qaldıracaq, bu ölkələr AB aviasiya standartlarını gətirəcəkləri üçün daxili aviasiya bazarında AB ilə əlaqələndiriləcək və AB aviasiya qanunlarını tətbiq edəcəklər.
Qətərlə razılaşma vasitəsiylə 27 üzv dövlətin hamısına bərabər şəkildə bazar açılacaq. AB hava nəqliyyatı ilə bağlı qaydalar və standartların modernləşdirilməsi Qətərdə təmin ediləcəkdir. Saziş AB-də Fars körfəzi ölkələri arasında öz xüusiyyətiylə ilk olacaqdır.
Dörd müqavilənin müddəaları hər cür rəqabət təhrifinin və ya digər sui-istifadələrin qarşısını almaq üçün ətraf mühit, sosial, ədalətli rəqabət tələblərini və güclü icra mexanizmlərini qəbul edəcəkdir.
Qəbul edilmiş qərarlara əsasən, Ukrayna, Ermənistan və Qətər ilə müqavilələr sənədlərin qüvvəyə minməsi üçün milli qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar tamamlanana qədər müvəqqəti olaraq həyata keçiriləcəkdir.
Dörd müqavilənin 2021-ci ilin payızında imzalanması gözlənilir. Sazişlər daha sonra Avropa Birliyinə üzv bütün dövlətlər imzalayan bütün AB üzvü dövlətlər tərəfindən təsdiqlənməlidir.