
29 iyunda Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan 44 günlük müharibə zamanı itkin düşmüş hərbçilərin bir qrup qohumlarını qəbul edib.
Artsax Prezidentinin mətbuat xidmətindən bildirilir ki, ölkə rəhbəri iştirakçılara müxtəlif kanallar vasitəsilə axtarışın prosesi, Azərbaycan tərəfinin yaratdığı maneələr və problemlər barədə məlumat verib.
Arayik Harutyunyan vurğulayıb ki, Artsax hökuməti Ermənistan hökuməti və Rusiya sülhməramlı qoşunları ilə sıx əməkdaşlıqda itkin düşənlərin taleyini öyrənmək üçün əlindən gələni edir. “Artsax rəhbərliyi üçün əsirlərin qaytarılması və itkin düşmüş soydaşlarımızın taleyinin öyrənilməsi məsələsi gündəmdə bir nömrəli məsələ olaraq qalır və bu istiqamətdə müsbət dəyişiklik üçün bütün vasitələrdən istifadə olunur”,- deyə o qeyd edib.