
Azərbaycan 44 günlük müharibə zamanı Ermənistan Respublikasının ərazisində Rusiyaya məxsus Mi-24 helikopterin vurulması ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib.
Bu barədə “RİA Novosti” yazdı.
Azərbaycanın Baş Prokurorluğundan bildirilib ki, bu işlər bağlı cinayət işi açılıb.
“Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb.
Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanılıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”, – deyə Azərbaycanın Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: “Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da döyüş zonası xaricində hava məkanında Rusiya Federasiyasının Ermənistandakı hərbi bazasına məxsus Mi-24 hərbi helikopteri vurulub.