Ermənistanda epidemiyaya qarşı mübarizədə yeni siyasət hazırlanır

Koronavirusun yeni ştamları dünyada bir sıra problemlərə səbəb oldu. Bir çox ölkədə COVID-19-dan xəstələnmə və ölüm son həftələrdə kəskin şəkildə artıb, infeksiyanın yayılmasının qarşısını almaq üçün Rusiyanın paytaxtı Moskva da daxil olmaqla bəzi ölkələrdə və böyük şəhərlərdə yeni məhdudiyyətlər tətbiq olunub.
ER Səhiyyə Nazirliyinin mətbuat katibi Hripsime Xaçatryan qeyd etdi ki, Ermənistanda hazırda epidemioloji vəziyyət sabitdir, lakin Ermənistan koronavirusa qarşı mübarizə siyasətində dəyişikliklər edəcək.
“Dünyada epidemiya ilə bağlı vəziyyət gərginləşir və Ermənistanın eyni problemlərlə üzləşməsini istəmirik”,- deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirdi.
Bir çox mütəxəssisin fikrincə,hazırda koronavirusla mübarizənin yeganə təsirli yolu vaksinasiyalardır.