
Heç kim Qarabağda böhranının inkişaf etməsində maraqlı deyil. Bunu Rusiya Prezidenti “Birbaşa xətt” verilişində Rusiya vətəndaşlarının suallarını cavablandırarkən deyib.
“Rusiya ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Heç kəs bu böhranın inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə də Ermənistan, nə də ki, Dağlıq Qarabağın sakinləri”,- deyə Putin qeyd edib.
O vurğulayıb ki, Dağlıq Qarabağ ətrafında problemlər həqiqətən çox yığılıb, o cümlədən normal infrastrukturun qurulması problemi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi.
Bu səbəbdən tərəflər indi nizamlama üzərində işləyirlər.
“Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik”,- deyə o vurğulayıb.