ER Parlamentində Azərbaycana qarşı sanksiya tətbiq edilməsi tələbi ilə beynəlxalq strukturlara müraciət etməyi təklif edildi

ER Parlamentinin deputatı Naira Zohrabyan, 7-ci çağırış Parlamentdəki siyasi qüvvələrə, erməni əsirlərini geri qaytarmadığı üçün Azərbaycana qarşı konkret sanksiyalar tətbiq edilməsinin tələbi ilə beynəlxalq strukturlara birgə bəyanatla müraciət etməyi təklif etdi. “Armenpress”in xəbər verdiyi kimi, Zohrabyan 30 iyun Parlamentin xüsusi iclasında belə bir təkliflə çıxış etdi.
Naira Zohrabyan Strasburqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla xüsusi söhbət etdiyini qeyd edərək vurğuladı ki, Azərbaycanın mövqeyi dözülməz olaraq qalır. “Azərbaycanın mövqeyi dözülməz olaraq qalır. Azərbaycan əsirlərin hərbi əsir olduğunu inkar etməyə davam edir. Və görürük ki, Azərbaycan Cinayət Məcəlləsi ilə ən ağır ciayətlərdə ittiham olunan hərbi əsirlərimizin məhkəməsi Azərbaycan Ağır Cinayətlər Məhkəməsində davam edir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri açıq şəkildə bildirdi ki, Ermənistan tərəfi ilə əsir götürülmüş şəxslərin geri qaytarılması barədə müzakirə yalnız Ermənistanın işğal olunmuş Artsax əraziləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərti ilə baş verə bilər.
“Azərbaycana qarşı xüsusi sanksiyalar tətbiq olunmalıdır. Bu parlamentə təklif edirəm, özüm beynəlxalq təşkilatlara müraciət etmişəm, ancaq parlamentin müraciəti Azərbaycana qarşı açıq sanksiyaların tətbiq edilməsi üçün daha təsirli olacaqdır. Məsələn, Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri dayandırılmalıdır” ,- deyə o qeyd edərək əlavə edib ki, Əliyev və ailəsinin bank hesablarına həbs qoyulmalıdır.
Beləliklə, Zohrabyan Parlamentdə təmsil olunan siyasi qüvvələrə, Azərbaycana qarşı konkret sanksiyalar tətbiq edilməsinin tələbi ilə beynəlxalq strukturlara birgə bəyanatla müraciət etməyi təklif edib.