Başlıcaİctimaiyyət
80 min vaksinasiyadan heç bir pis nəticə olmayıb: Tigran Avinyan
Ermənistanda indiyə kimi 80 min nəfər koronavirusa qarşı vaksinasiya olunub və heç bir pis nəticə yoxdur. Bunu ER Baş nazir müavini vəzifəsini icra edən Tigran Avinyan bildirdi.
“Bu günə qədər 80.000 vaksinasiya ilə əlaqəli heç bir pis vəziyyətimiz yoxdur, ancaq koronavirusa yoluxmuş 80.000 insandan 1600 nəfəri öldü. Bu göstərir ki, koronavirusa qarşı vaksinasiya koronavirusla mübarizə üçün ən təsirli vasitədir. Dövlət siyasəti peyvəndlərin sayının artırılmasına yönəldilməlidir”,- deyə Tigran Avinyan qeyd etdi.