ArtsaxBaşlıcaSiyasət

Artsaxda müharibə nəticəsində 71 məktəb, 14 uşaq bağçası, 10-dan çox mədəniyyət mərkəzi dağıdılıb

44 günlük müharibə nəticəsində Artsaxda təxminən 33.000 artsaxlı uşağın, o cümlədən məktəbəqədər təhsil alan 24.000 məktəblinin təhsil hüquqları pozulub. Armenpress-in verdiyi məlumata görə, Artsax Prezidenti Arayik Harutyunyan bu barədə Artsax Parlamentindəki çıxışı zamanı bəyan edib.

“Azərbaycan çox sayda məktəbi, məktəbəqədər təhsil müəssisəsini, ibtidai və orta peşə məktəblərini hədəf alıb və atəşə tutub. Nəticədə 71 məktəb, 14 uşaq bağçası və 10-dan çox mədəniyyət mərkəzi məhv edilib. 107 orta məktəb və 17 məktəbəqədər təhsil müəssisəsi işğal olunmuş ərazilərdə qalıb”,- deyə Harutyunyan qeyd edib.

Onun sözlərinə görə, müharibə zamanı dəymiş ziyanın qiymətləndirilməsi, tarixi və mədəni abidələrin bərpası və populyarlaşdırılması Artsaxın mədəniyyət siyasətinin vacib istiqamətlərindən biri olacaq.

“Mədəni irsimiz müharibədən çox əziyyət çəkdi. Artsaxda yerləşən Rusiya Federasiyası sülhməramlı qüvvələrinin nümayəndələri və beynəlxalq təşkilatlarla birlikdə Azərbaycanın nəzarəti altındakı ərazilərdəki mədəni dəyərləri qorumaq və bərpa etmək üçün işlər aparılır”,- deyə Harutyunuan qeyd edib.

Daha çox göstər
Back to top button