BaşlıcaSiyasət

AŞPA-nın xüsusi məruzəçisi Pol Gavan Bakıda olan erməni əsirlərini ziyarət edəcək

Ziyarətdə məqsəd “Ermənistan-Azərbaycan arasında münaqişəsinin humanitar nəticələri” mövzusunda hesabat hazırlamaqdır. Gavan Ermənistandan sonra Azərbaycana gedəcək.

Avropa Şurası Parlament Assambleyasının xüsusi məruzəçisi Paul Gavan Bakıda erməni əsirləri ilə görüşəcəkdir.

AŞPA Ermənistan parlament nümayəndə heyətinin üzvü Tatevik  Hayrapetyan bugünkü mətbuat konfransında məlumatı çatdırdı və bu tələblə şəxsən Gavana müraciət etdiklərini qeyd etdi.

“Poll Gavanın Bakıya səfəri yaxın gələcəkdə planlaşdırıldığından görüşlərimiz zamanı onun getməsini istədik,  xahiş etmişik ki, mütləq  hərbi əsirlərimizi ziyarət etsin.O həmçinin  əsirlərin doğmalarıyla görüşüb və doğmaları  məlumat gözləyir”- deyərək Hayrapetyan qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xüsusi Məruzəçisi Paul Gavan, Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələrini araşdırmaq üçün mayın 19-22-ə kimi Ermənistandaolub.

 Səfərində məqsədi Gavanın yaxın vaxtlarda eyni tapşırıqla Azərbaycana gedəcəyi “Ermənistan və Azərbaycan arasındakı qarşıdurmanın insani nəticələri”adlı bir hesabat hazırlamaq idi. Səfərin tarixləri hələ müəyyənləşməyib.

İyunun 12-də Bakının minalanmış Akna (Ağdam) ərazilərinin xəritəsi müqabilində 15 erməni əsirini Ermənistanaqaytarıldığı  öyrənildi. Beləliklə, Ermənistana təhvil verilən əsirlərin sayı 88-ə çatıb.

 Bundan sonra, Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanda saxlanılan  erməni əsirlərinin  dəqiqləşdirilmiş sayı 60, dəqiqləşdirilməyənlərin sayının 110 olduğunu bəyan edib.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 200-ə yaxın erməni əsirləri qalmaqdadır.

Daha çox göstər
Back to top button