
Azərbaycan Artsaxda yaşayan insanlara qarşı informasiya terrorizmi yolu ilə psixoloji təzyiq göstəməyə davam edir. Facebook sosial şəbəkəsində Azərbaycanın təbliğat maşının sifarişlərini yerinə yetirən “Xankəndi / Stepanakert” səhifəsi aktivləşdi.
Bu barədə Artsaxın Ombudsmanı Geğam Stepanyan yazdı.
Onun sözlərinə görə, bu, Azərbaycan hakimiyyətinin növbəti manipulyasiyası və ikiüzlü oyundur. Bu ölkə beynəlxalq ictimaiyyət qarşısında sülhsevər görünməyə çalışmaqla yanaşı ölkə daxilində öz cəmiyyətini anti-erməni nifrəti ilə bəsləyir.
“Səhifənin məzmunu göstərir ki, bu Azərbaycanın dövlət qurumları tərəfindən koordinasiya olunur, hədəf isə informasiya terroru ilə Artsax xalqına psixoloji təzyiq göstərməkdir.
Səhifə yazılarının altındakı şərhlər ermənilərə qarşı nifrət nitqlə doludur. Beynəlxalq təşkilatların diqqətini bu məsələyə cəlb edirəm․ Bu, Azərbaycan tərəfindən həyata keçirilən psixoloji terrorizmdir, Artsax ermənilərinə qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir”,- deyə Stepanyan qeyd etdi.