Türkiyə ilə Azərbaycan arasında vahid tranzit kvota 31% artaraq 35.000-dən 46.000-ə, üçüncü ölkə tranzit kvotası isə 2500-dən 3000-ə yüksəldi.
İyunun 24-25-də Türkiyənin və Azərbaycan quru nəqliyyatı birgə komissiya üzvləri arasında görüş keçirildi. Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin quru nəqliyyat şöbəsinin müdiri Həbib Həsənov rəhbərlik etmişdir.
Görüş zamanı iki ölkə arasında beynəlxalq quru nəqliyyatı və Xəzər dənizi yolu ilə nəqliyyat məsələləri müzakirə edilib.
Türkiyə ilə Azərbaycan arasında yeni quru nəqliyyatı üçün işlərin başladığı qeyd olunub.