
Azərbaycan tərəfi yaxın zamanlarda Karmir Şuka-Şuşi yolundan istifadə etməyəcək. Bunu Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik məsələləri, xarici siyasətinin nüansları nəzərə alınmaqla açıq olmayan çox iş görülüb və görülməkdədir.
“Hazırda rus sülhməramlıları ilk növbədə təhlükəsizliyi təmin edirlər, ümumiyyətlə, bunun təmin edildiyini gördük. Silahlı Qüvvələrimiz tədbirlər həyata keçirirlər. Bəli, Azərbaycan tərəfi, o cümlədən yollardan keçərkən bəzi həyasız davranışları göstərir, lakin qeyd etmək istəyirəm ki, Artsax Respublikasının Prezidenti dünən bildirdi ki, önümüzdəki aylarda Azərbaycan tərəfi artıq Karmir Şuka-Şuşi yolundan istifadə etməyəcək”,- deyə Artak Beglaryan bildirib.
44 günlük Artsax müharibəsinin atəşkəsindən sonra Şuşi azərbaycanlıların nəzarətinə keçib. Lakin Şuşiyə çatmaq üçün Azərbaycan rus sülhməramlılarının nəzrət etdiyi Karmir Şukadan (Qırmızı Bazar) keçirlər.