BaşlıcaSiyasət

Artak Beglaryan, rus sülhməramlılarının uzun müddət Artsaxda olacağına inanır

Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan Artsaxdan köçün qarşısını almaq üçün iki əsas addımı görür: o da  uzunmüddətli təhlükəsizliyin təmin edilməsi və mənzil probleminin ən qısa müddətdə həll edilməsidir.

Bu haqda Artak Beglaryan  onlayn mətbuat konfransında jurnalistin Artsax hökumətinin immiqrasiyanı ləğv etmək üçün hansı proqramlar üzərində işləməsi barədə sualını cavablandırarkən  qeyd edib.

“Əlbətdə təhlükəsizlik ənbaşlıcadır. İnsanlar burada özlərini təhlükəsiz hiss etməli və uzun ömürlərini planlaşdırmalıdırlar.

Xoşbəxtlikdən deyə bilərəm ki,müharibə sonrakı dövrlə müqayisədə 2020-ci il  noyabr,dekabr, yanvar  aylarından fərqli olaraq, artıq bizim üçün xalqımız üçün  də aydındır ki,  təhlükəsizlik şəraitləri gözlənildiyindən daha səmərəlidir.

Dövlət naziri, eyni zamanda, Rusiya sülhməramlılarının Artsaxda qalma müddətinin bitməsindən sonrakı beş ildə nə baş verəcəyinə dair narahatlıqlara da toxundu.

Beglaryan qəti şəkildə inanır ki, Rusiya sülhməramlı qüvvələrinin mövcudluğu beş il ilə məhdudlaşmır.

Çözümlərin necə olacağını zaman göstərəcək, supergüclər nə etdiklərini göstərəcəklər, amma əminəm ki, burada uzun müddət təhlükəsizliyimizə zəmanət verən rus sülhməramlıları olacaqdır.

Əlbətdə ki, bizim Müdafiə Ordumuz da təhlükəsizliyə zəmanət verir. Hesab edirəm ki, zaman keçdikcə buna daha təsirli bir şəkildə zəmanət verəcəklər.

“Dinc danışıqlar prosesi ilə təhlükəsizliyimizi təmin etmək gündəmimizdir ki, buna Azərbaycanın hazır olacağına ümid edirik” – deyərək   Beglaryan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button