ArtsaxBaşlıcaSiyasət

Artsax münaqişənin həll olunmasına qədər sülh müqaviləsi olmayacaq: Deputat

Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Ruben Rubinyan “Sputnik Armenia”-ya müsahibəsində Artsax münaqişəsinə toxunub.

Ruben Rubinyanın sözlərinə görə, erməni hərbi əsirlərinin qaytarılması bir prosesdir, bu davamlı olacaq. Türkiyə və Azərbaycanın prezidentlərinin çox bəhs etdiyi sözdə Meğri dəhlizinə toxunan deputat qeyd etdi ki, dünyada Türkiyə və Azərbaycandan başqa qondarma “Zangezur dəhlizindən” danışan heç bir ölkə yoxdur.

“9 noyabr tarixli üçtərəfli bəyanatda Syunik və ya digər erməni ərazisi ilə dəhlizin açılması haqqında söz yoxdur. Bəyanatı imzalyan Rusiya da heç vaxt bu dəhlizdən danışmayıb.

Dünyanın digər mərkəzləri heç vaxt dəhliz haqqında danışmayıblar. Üçtərəfli bəyanatda regional kommunikasiyaların blokadadan çıxarılması razılaşdırılmış məsələ kimi açıq şəkildə göstərilir və 11 yanvar tarixli üçtərəfli bəyanat bu məqamı daha da açır.

Orada çox aydın yazılır ki, nə baş verməlidir. Ermənistan Respublikasının suveren ərazisində heç bir dəhliz barədə söz yoxdur, buna görə də Ermənistan heç vaxt bu məsələni müzakirə etməyəcək”,-deyə Rubinyan qeyd etdi.

Sülh müqaviləsinə gəlincə isə, Ruben Rubinyan vurğuladı ki, Artsax münaqişəsi tamamilə həll olunmayıb, Artsax statusu məsələsi hələ də açıq qalır, bu barədə ATƏT Minsk qrupunun həmsədrləri danışırlar. Rubinyanın sözlərinə görə, Artsax məsələsinin həll olunmasına qədər Ermənistan Azərbaycanla sülh müqaviləsini müzakirə etməyəcək.

Daha çox göstər
Back to top button