
Çinin Ermənistandakı səfiri Çinin Azərbaycandakı səfiri Go Min tərəfindən “Zəngəzur dəhlizi”nin “Bir Kəmər, Bir Yol” nəqliyyat layihəsindəki əhəmiyyəti barədə danışmasına dair Azərbaycan KİV-in yaydığı məlumatı təkzib edib.
“Çin tərəfi “Zangezur dəhlizi” barədə danışmayıb”,- deyə Pan Yun qeyd edib.
Səfir bildirib ki, bu barədə azərbaycanlı həmkarları ilə müzakirə edib və məlum olub ki, o belə bəyanat etməyib.
“Çinin həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətləri var. Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə müharibədən daha yaxşı olan danışıqlar yolu ilə həll edilə bilər. Problemi sülh yolu ilə həll etmək üçün bütün lazımi addımları atacağıq. Beləliklə, bölgədə sərhəd təhlükəsizliyini təmin etməyə çalışacağıq”- deyə Fan Yon qeyd edib.