
ER hökuməti Artsax Respublikasına təqribən 8.8 milyard dram ayıracaq. Müvafiq qərar layihəsi bugünkü hökumət iclasında təsdiqləndi.
ER Maliyyə naziri vəzifəsini icra edən Atom Cancughazyan, qanun layihəsində 8,8 milyard dramın ayrılmasını təklif etdiyini, bunun 1,2 milyard dramının sakinlər tərəfindən dövlət xidməti ödənişləri üçün istifadə ediləcəyini, qalan hissəsinin dövlətlərarası kreditlər çərçivəsində Artsaxa ayrılacağını bəyan edib.
“Bu ilki büdcədə nəzərdə tutulan dövlətlərarası kredit müharibədən əvvəlki ilə eyni məntiqə sahib idi.
Əslində ilin birinci yarısında yeni gəlir əldə etmək imkanı olmadığı üçün iqtisadiyyatı tamamilə tükənmişdir”- deyərək Atom Çncugazyan qeyd edib.
ER Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu qərarla Artsaxa 8.8 milyard dram ayrıldığını söylədi. Noyabrın 9-dan bu yana 14 proqramın həyata keçirildiyini və bu anda 53 milyard dram xərcləndiyini bildirdi.
“Artsaxa yardım paketimiz artıq 83 milyard dram təşkil edib, bunun 52 milyardı hazırda proqramlar vasitəsilə xərclənib. “Artsaxda vətəndaşlarımızı dəstəkləməyə davam edəcəyik, amma məntiqi dəyişdirmək lazımdır ki, bərpa proqramları inkişaf proqramları ilə əvəzlənsin və Artsaxın iqtisadiyyatı işləməyə başlasın” – deyərək Nikol Paşinyan qeyd edib.
( 1 dollar 499, 09 darama bərabərdir).