
Ermənistanda ABŞ səfirliyi ABŞ-ın Müstəqillik gününü bayram etməklə əlaqədar bəyanat yayıb:
Bəyanatda qeyd edilib ki Ermənistan üçün həm koronavirus epidemiyası, həm də Qarabağ müharibəsi ilə bağlı intensiv döyüş əməliyyatları baxımından çətin bir il olduğu bildirildi.
“Biz Ermənistanın verdiyi itkiləri tanımağa davam edirik. Eyni zamanda, iki ölkənin ortaq demokratik dəyərlərə əsaslanan böyük tərəfdaşlığına hörmət edirik.
Bu gün bu ortaqlığı ABŞ-ın müstəqilliyini qeyd etdiyimiz kimi qeyd edirik”- deyərək bəyantda qeyd olunub.
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi də Ermənistanla güclü tərəfdaşlığı vurğuladı.
Onun sözlərinə görə, gələn il Ermənistan və ABŞ diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəklər. O, keçən ilin dünya miqyasında və xüsusilə Ermənistan üçün COVID-19 baxımından çətin bir il olduğunu qeyd etdi.
Səfirin sözlərinə görə, ABŞ epidemiyaya qarşı mübarizə üçün Ermənistana 11 milyon dollar ayırıb. O, eləcə də dedi ki, qlobal baxımla xüsusən COVİD-19 baxımla olduqca sərt il oldu.
Qarabağ müharibəsinə də toxunaraq, ABŞ hökumətinin müharibədən zərər çəkənlərə yardım göstərmək üçün 5 milyon dollarlıq humanitar yardım ayırdığını söylədi.
“COVID-19 və Qarabağ münaqişəsinin təsiri davam etməkdədir.Amerika Birləşmiş Ştatları köməyə ehtiyacını ödəmək üçün Ermənistanla çalışmağa davam edəcəkdir” – deyərək o,əlavə edib.
Səfir qeyd etdi ki, ABŞ-Ermənistan tərəfdaşlığının məqsədi insanların həyatını dirçəltməkdir.
Səfir ABŞ Prezidenti Co Baydenin Erməni Soyqırımını tanımasını da xatırlatdı. “Gəlin işi qiymətləndirək hansını ki, biz yerinə yetirmişik” – deyərək o qeyd edib.