BaşlıcaBeynəlxalq

Adam Şif: “Var qüvvəmizdən istifadə etməliyik ki,ABŞ Əliyev rejiminə yardımı dayandırsı”

ABŞ konqresmeni Adam Şif bir daha erməni əsirlərinin taleyi və ABŞ-ın Azərbaycana dəstəyi ilə bağlı narahatlığını qeyd edib. Bu haqda  Şif öz Facebook səhifəsində yazıb.

“Dağıdıcı münaqişədən bir il sonra inanılmaz dərəcədə ağrılı əzablardan  bir il sonra  biz ABŞ Nümayəndələr Palatasının erməni komitəsinin digər həmsədrləri ilə birlikdə Ermənistan və Artsax üçün ABŞ-ın Nümayəndələr Palatasının  xarici xərclər qanununda   52 milyon dollarlıq maliyyə təmin etməyi  bacardıq.

Artsaxda iqtisadi, enerji islahatları və təcili humanitar yardımı təmin edəcəkdir.

Ancaq bizim  işimiz bitməyib. ABŞ hakimiyyət orqanlarının Azərbaycanın təcavüzünə son qoymaq üçün mümkün olan bütün diplomatik addımları atması və beynəlxalq insan haqları konvensiyaları çərçivəsində kobud şəkildə pozulmuş erməni hərbi əsirləri və girovları dərhal sərbəst buraxılmasını təmin etmək üçün səylərimizi davam etdirməliyik”.

Daha çox göstər
Back to top button