
İyulun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 erməni hərbi əsirin məhkəmə prosesi davam etdirilib. “Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
Şirak bölgəsindən olan 13 erməni hərbi əsirlər Karapetyan Rafik, Qolayan Qurgen, Tadevosyan Hrayr, Maloyan Vağarşak, Yerğiazaryan Sasun, Vardanyan Arsen, Bahrekyan Vahagn, Soğomanyan Setrak, Dilanyan Arman, Martoyan Manuk, Anbardanyan Vels, Mikaelyan Andranik, Qriqoryan Feliksdir.
Rəsmi Bakı onları terrorizm və digər cinayətlər törətməkdə günahlandırır.
Proses iyulun 12-də davam etdiriləcək.