BaşlıcaSiyasət

Muradov: “Rusiya üçtərəfli razılaşmanın müddəalarını həyata keçirmək üçün işlərini davam etdirir”

Rusiya tərəfi üçtərəfli atəşkəs razılaşmasının müddəalarının həyata keçirilməsi üçün sərylərini davam etdirir. Bu haqda Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının komandiri general-leytenant Rüstəm Muradovun açıqlamasında deyilir.

“Üçtərəfli sazişin müddəalarının həyata keçirilməsini təmin etməyə çalışmağa davam edərək, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan qoşunları tərəfindən yerləşdirilmiş iki bölgənin minaıanmış ərazilərin  xəritələrini Azərbaycan tərəfinə şəxsən çatdırdım.

 Azərbaycan isə öz  növbəsində bunun müqabilində 15 nəfər  erməni hərbi əsirləri sərbəst buraxdı. Onlar Rusiya Hərbi hava qüvvələrinə məxsus bir təyyarə ilə Yerevana çatdırıldı.

Rusiya tərəfi gələcəkdə həmçinin üçtərəfli atəşkəs razılaşmasının müddəalarının həyata keçirilməsi üçün çalışmağa davam edəcəkdir” – deyərək bəyanatsa qeyd olunub. .

Daha çox göstər
Back to top button