BaşlıcaSiyasət

Boris Avakyan: “Azərbaycanlılar həmin xəritəni istifadə edərkən bir az ehtiyatlı olsunlar, heç nə istisna olunmur”

Hərbi əsirlər qrupu RF   rəhbərliyinin səyləriylə,Rusiya  sülhməramlılarının komandanı, Ermənistan MN  Baş qərargahı və  MTX ortaq işi nəticəsində gətirilib. Bu haqda  hökumət qarşısında şikayət aksiyası zamanı Artsax Dövlət Fövqəladə hallar xidmətinin keçmiş direktorunun keçmiş  müavini Boris Avagyan qeyd edib.

Boris Avagyan, 15 əsir qaytarılması və erməni tərəfi Füzuli və Zəngilan bölgələrinin minalanmış xəritələrini Azərbaycana   verilməsi   məsələsinə gəlincə Avagyan dedi: “Deyə bilərəm ki, azərbaycanlılar bu xəritələrdən istifadə edərkən bir az diqqətli olmalıdırlar.

Heç bir şey istisna edilmir. Şəxsən mən, nəyi verdiyimiz və vermədiyimizin böyük bir sual olduğunu düşünürəm.

Buna görə də Azərbaycanın  Xarici İşlər nazirliyinin səs-küylü açıqlamaları öz cəmiyyətlərinə yönəlib və biz hamımız yaxşı bilirik ki, həmin  cəmiyyət parlaq, inkişaf etmiş bir cəmiyyət deyil.

Hamımız bunu bilirik. Cəmiyyəti idarə etmək naminə  bəyanatlar edirlər  göstərmək üçün ki,  özləri  nəsə qələbə çalıblar nəsə əldə ediblər.Məncə onlar özləri də  anlayırlar ki, nəyi ki,  qazanıblar onunla  olduqca diqqətli davranmalıdırlar”.

O, Nikol Paşinyanın bu məsələ ilə əlaqəsi olub-olmamasına dair suala cavab verdi: “

“Düşünmürəm ki, Paşinyan danışıqlar prosesində cəlb olunub.Müdafiə nazirliyinin baş qərargahı və MTX  rus tərəfiylə birgə işləyir”.

O, eləcə də əlavə etdi ki, əsirlərin geri qaytarılması ilə bağlı aparılan danışıqlarda konkret  söz hansı əsir barədə olduğu  dəqiqləşdirilməyib.

Daha çox göstər
Back to top button