BaşlıcaSiyasət

Gnel Sanosyan: “Rusiya ordusu təmas xətti boyunca yerləşdiriləcək”

Müəyyən bir mərhələdən sonra Rusiya ordusu sərhəd boyunca yerləşdiriləcək. Bu haqda Geğarkunik valisi Gnel Sanosyan iyulun  7-də keçirdiyi mətbuat konfransında sərhəd vəziyyətinə toxunaraq  qeyd edib. O, eləcə də vəziyyətin  eyniylə qaldığını, ancaq mütamadi olaraq  hadisələrin qeyd olunduğunu bildirib.

“Erməni-azərbaycan silahlı qüvvələri bu ərazilərdən çəkiləcək, bundan sonra danışıqlar prosesi qalan hissəsi davam edəcək və müəyyən ərazilərdə müəyyənləşmə  aparılacaqdır”- deyərək  vali qeyd edib.

Ermənistan hakimiyyəti may ayında Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikası ərazisini müxtəlif istiqamətlərdən işğal etdiyini elan etmişdir.

Mayın 12-də Azərbaycan silahlı qüvvələri Sünik bölgəsinin  “Sev lic” bölgəsində  ER dövlət sərhədini keçərək 3.5 km dərinləşdirərək “Sev lic”i mühasirəyə almağa çalışıb.Ertəsi gün  Azərbaycan silahlı qüvvələri hər iki istiqamətdə Sisian və Vardenis istiqamətində  irəliləməyi bacardı.

Ermənistan rəsmi olaraq KTMT-yə müraciət etdi. İyulun 3-də KTMT Baş katibi Stanislav Zas jurnalistlərə Azərbaycan silahlı qüvvələrinin  mayın 12-də Ermənistan ərazisinə sızmasından  danışaraq “ göründüyü kimi sərhəd hadisəsi ilə işimiz var” demişdir.

Daha çox göstər
Back to top button