BaşlıcaSiyasət

Paşinyan: “Erməni-azərbaycan sərhədində hökm sürən vəziyyət daim narahatlıq doğurur”

Vladimir Putinlə görüşü zamanı Nikol Paşinyan bölgədəki vəziyyət sabit olmadığından daha çox təhlükəsizlik barədə danışdıqlarını bildirib.

Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsindən sonra Artsaxdakı vəziyyət sabitdir.Bu haqda  Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan RF  Prezidenti Vladimir Putinlə görüşündə bəyan edib..

“Ancaq  vaxtaşırı narahatlığa  “səbəblər” olur. Amma Ermənistan-Azərbaycan sərhədində  vəziyyət sabit deyil. Son 2  aydır vəziyyət narahatdır” – deyərək Paşinyan  qeyd edib.

O, bu il Putinlə Moskvada keçirdiyi üçüncü görüş olduğunu və bunun iki ölkə arasındakı möhkəm münasibətləri sübut etdiyini xatırlatdı.

Paşinyan əlavə etdi ki,əlbətdə  bölgədəki vəziyyət qeyri-sabit olduğundan bu görüşlərdə, təhlükəsizlik məsələsi ən çox müzakirə olunubdur.

Paşinyan qeyd edib ki, Putinin şəxsi səyləri ilə yanaşı, hamı RF 44 günlük müharibədən sonra atəşkəs əldə etmək səylərindən  xəbərdardır..

Qeyd edək ki, mayın 12-dən etibarən  azərbaycanlı əskərlər Ermənistanın Sünik bölgəsinin “Sev lic”  ərazisində və Geğarkunik vilayətinin Kut,Norabak və   Verin Şorja kəndlərinin sərhəd ərazilərində ER  süveren ərazisinə girmiş və orada möhkəmlənməyə  cəhd etmişlər.Rus tərəfinin müdaxiləsiylə bir neçə danışıq mərhələləri  keçirilib.Qarşı tərəfin hələlik uzaqlaşmaq  fikri yoxdur. Ermənistan KTMT-a müraciət edərək Rusiyadan hərbi yardım istəyib.

Hərbi-siyasi rəhbərlik məsələni sülh yolu ilə həll etmək istədiyini, ancaq danışıqlar nəticə verməyəcəyi təqdirdə güc tətbiq edilməsini istisna etmədiyini bildirir.

Mayın 25-də Geqarkunik  vilayətinin Verin Şorja kəndi ərazisində , kiçik çavuş Gevorg Xurşudyan  rəqibin açdığı atəş nəticəsində öldürülüb..

Verin Şorjada  iyulun 5-də rəqib  qarşılıqlı atəş alovlandırmışdır. Nəticədə 1 yaralımız var.

Daha çox göstər
Back to top button