Avropa Birliyi bölgədəki münaqişədən sonrakı bərpa prosesində daha aktiv rol oynamağa hazırdır. AB-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varheyi bu gün Yerevanda ER Baş naziri müavini vəzifəsini icra edən Mher Grigoryan ilə brifinq zamanı bildirib.
O təəssüf bildirib ki, Qarabağ münaqişəsinin humanitar böhrana və itkilərə səbəb olub.
“AB hərbi əməliyyatların ardınca vəziyyətin həllində fəal rol oynamağa hazırdır. Etimadın gücləndirilməsinə və humanitar böhrandan çıxmağa kömək etməyə hazırdır. Gələcəkdə isə əsas tərəfdaş olaraq böhrandan təsirlənən sektorların iqtisadi cəhətdən bərpasına kömək etməyə hazırdır”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, “hədiyyə” olaraq epidemiya ilə əlaqəli böhrandan çıxmaq üçün böyük maliyyə və iqtisadi sərmayə proqramı gətirib.
Aİ bu vəsaitləri digər Şərq Tərəfdaşlığı ölkələrində olduğu kimi Ermənistan iqtisadiyyatının sürətlə bərpasına yönəltməyə hazırdır.
Avropa Komissarı qeyd edib ki, Aİ bölgədə proqramın həyata keçirilməsi üçün 17 milyard avro cəlb edəcəyinə ümid edir.