
“İkinci Artsax müharibəsindən sonra protürk əhval-ruhiyyə daha da gücləndi. Əgər bundan əvvəl Ankara-Bakı münasibətlərində “bir millət, iki dövlət” fikri inkişaf edirdisə, müharibə sonrakı dövrdə cəhd edilir ki, “bir millər bir dövlət” olmaq perspektivi necə idarə olunaraq qəbul ediləcəkdir.
Bütün bunlara baxmayaraq, bu gün Azərbaycanda “qardaş”ın köməyi və himayədarlıyla “qələbəni” gücləndirmək və inkişaf etdirməyə nə qədər heyran olsalar da, diktatorlar yenə də hakimiyyəti paylaşmağa razı olmayacaqlar.
Bu cür əhval-ruhiyyələr, əlbəttə ki, cəmiyyəti gücləndirməyə və mövcud olmayan bir milli mənlik yaratmağa kömək edir, lakin məqsəd, heç olmasa indiki Azərbaycan hökuməti üçün qətiyyən birləşmək deyil.
Halbuki türk tərəfi, kifayət qədər uzağa gedən səmərəli protürk hissləri daha dərin və toxunulmaz etmək naminə hərtərəfli və təsirli siyasət yürüdür. Hər dəyişiklik gənc nəslin ehtiyac duyduğu fikir və dəyərlərlə tərbiyələndirməsindən başlayır”.