
“Mütəşəkkil Cinayət və Korrupsiyanı işıqlandıran ayihəsinin (OCCRP) jurnalistləri Azərbaycana həsr olunmuş daha bir məqalə dərc etdilər. Meydan.tv-nin verdiyi məlumata görə, yeni istintaqın qəhrəmanı İlham Əliyevin bacısı Cəlalə Əliyevadır.
İspaniyanın İbiza adasındakı”Mikaela və dostları” əyləncələr təşkilatçısı DJ Mikaela, İspaniya mətbuatına İbiziyaya olan sevgisi, musiqiyə olan sevgisi və Rusiyada olan həyatı barədə hansını ki, öz vətəni hesab edir ona olan sevgisindən danışıb.
Söz İlham Əliyevin bacısı İzzət Cəalaovadan gedir.Cavadova onun həyat yoldaşından aldığı soy adıdır.Səhnə ləqəbini isə öz 22 yaşlı qızı Mikayelanın şərəfinə götürüb.
İzet və əri Süleyman Cavadov son bir neçə ildə korrupsiya, oğurluq və mənimsəmə yolu ilə qazandıqları milyonlarla funt-sterlinqə görə İngiltərə Milli Cinayət Agentliyinin (NCA) diqqət mərkəzinə düşdülər.
Cavadovlar bu milyonları İngilis hesablarına daxil etmək üçün 20 xarici şirkət şəbəkəsindən istifadə etdilər. Araşdırma zamanı bu şirkətlərdən bəzilərinin ”Azərbaycan camaşırxanası” ilə əlaqəli olduğu üzə çıxdı.
“Azərbaycan camaşırxanası”haqqında ilk dəfə 2017-ci ildə məlumat verilib. Azərbaycanın hakim elitalarına mənimsəmək, vergilərdən yayınmaq, çirkli pulları yuymaq, Avropa parlamentarilərinə rüşvət vermək və əmlak almaq və dolanışıq üçün istifadə edə biləcəyi qanunsuz vəsaitləri Azərbaycandan Qərbə qaçaqmalçılıq yolu ilə göndərməyə imkan verdi.
İzzət və Süleyman Cavadov Azərbaycanda yüksək səviyyəli adamlar olmasa da, İzətin atası millət vəkili, Süleymanın atası isə keçən ilə qədər enerji nazirinin müavini olub.
Cavadov cütlüyü müstəntiqlərə pulun Azərbaycandakı əmlaklarını icarəyə götürməkdən gəldiyini söylədi. Ancaq Milli Cinayət Agentliyi məhkəməyə bildirdi ki, heç bir real gəlir Londona göndərilən böyük məbləğlərə uyğun gəlmir.
Məsələ ilə bağlı dinləmələr iyul ayında başlayacaq.
Azərbaycan hakimiyyəti hələ istintaqla bağlı açıqlama verməyib.