Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsul olduğu zonada vəziyyət nisbi sabit olaraq qalır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Ayrı-ayrı insidentlər Azərbaycan və Ermənistandan olan həmkarlarımızla həll olunur. Rusiya sülhməramlılarına qarşı təxribatçı hərəkətlər qeydə alınmır”,- deyə o qeyd edib.
Zaxarova bildirib ki, Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.
“O ki qaldı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı rayonlarındakı vəziyyətin Qarabağ məsələsi ilə birbaşa əlaqələndirilməsinə, bir daha qeyd edirik ki, bizi bunu belə qiymətləndirmirik. Hesab edirik ki, bu Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqi formalaşmış sərhədin olmamasının nəticəsidir”, – deyə Rusiya XİN rəsmisi qeyd edib .