BaşlıcaSiyasət

Aleksandr İskandaryan: “Əslində Putin, mövcud Ermənistan hökuməti ilə, yəni Paşinyanla işləməyə hazır olduqlarını bildirib”

Mən düşünmürəm ki, yaxın gələcəkdə Qarabağ problemində hər hansı bir irəliləyiş olacaqdır. Azərbaycan faktiki olaraq Qarabağ problemini müzakirə etməkdən imtina edir.

 Prezident də daxil olmaqla Azərbaycandan Qarabağ probleminin olmadığını söyləyən bir diskurs var.

Əlbəttə ki, bu belə deyil, problem var, heç bir yerdə itməyib” – deyərək bu haqda politoloq  Aleksandr İskandaryan qeyd edib.

Politoloqun sözlərinə görə, Qarabağ məsələsinin  nizamlanması razılaşması olmayıb.Bu  atəşi dayandırmaq, müharibəni susdurmaq  razılaşması olub.

“O problem hansı ki, hazırda  Ermənistan qarşısında  dayanıbdır bu sərhədlər problemidir.

Yəni, o ərazilər ki, Azərbaycan  tədricən Ermənistandan ələ keçirdiyi  torpaqlardır, həmin sərhədlərdə sabitliyin möhkəmlənmə təmini üçüncü tərəf Rusiya tərəfindən  və yollar  problemidir, yəni Ermənistan ətrafında kommunikasiyaların açılışıdır”- deyərək Aleksandr İskandaryan  qeyd edib.

Sonuncu deyib ki, aydındır ki, Paşinyan-Putin görüşü ərzində məhz  bu da müzakirə olunub.

Onun sözlərinə görə, Putinin dilindən universal bir dilə tərcümə etsək, o zaman Putin əslində Ermənistanın hazırkı hökuməti ilə işləməyə hazır olduqlarını söyləyib.

“Beləliklə, Paşinyanla işləməyə biz  hazırıq, bu bizə əlverişlidir, proses davam edəcək. Mən düşünmürəm ki, elə sabah irəliləyiş qeyd olunacaq və ya həmin iclasda vacib qərarlar qəbul edilib”- deyərək politoloq  əlavə edib.

Daha çox göstər
Back to top button