Azərbaycanlı bloger və kinorejissor qadınları zorlamaq çağırışını edib

Azərbaycanın Daxili işlr nazirliyi sosial şəbəkələrdə qadınlara qarşı zorakılığa çağıran bloggerlərə qarşı istintaq başlayıb.
Daxili İşlər nazirliyininmətbuat xidməti üzrə rəhbər Ehsan Zahidov “Azeri Daily”-yə açıqlamasında “Bu şəxsin kimliyi və olduğu yer dəqiqləşdirilir.
Bu şəxsə qarşı istintaq nəticələri əsasında qanunla sahmanlaşdırılan qayda əsaında qərar veriləcək” deyib.
Özünü “Pantural” adlandıran və sosial mediada geniş oxucu kütləsi olan bloger, çox yüngül geyinən qadınlara qarşı zorakılığa çağırdı.
Kişi axtarışlarında daha da irəli getdi və sosial şəbəkələrdəki müzakirələr zamanı bir şərh yazdı. “Mən sizi açıq paltarda hər hansısa qadını harada görsəniz elə oradaca zorlamağa çağırıram”.
Bundan sonra 70.000 izləyicisi olan bloger, istehzayla “Pantural üzr istəyib” adlı ironik başlıqlı bir video çəkərək və onun fikrinə qarşı çıxanları açıq şəkildə təhqir edərək fahişə adlandırmışdır.
Qeyd etmək lazımdır ki, “Pantural”kimi də tanınan Tural Səfərov kinorejissordur “Koma” filminin müəllifidir.