BaşlıcaSiyasət

Bakı Dağlıq Qarabağ məsələsinin Ermənistan-Azərbaycan varyantını niyə irəli sürür? – Babayan vəziyyət barədə danışdı

Artsax Respublikasının XİN başçısı Davit Babayan Sputnik Armeniaya müsahibədə Artsax məsələsinin nizamlanma prespektivlərinə toxundu və qeyd etdi ki, vəziyyətin hüquqi, tarixi və geosiyasi faktorları var.

Babayan bildirib ki, Azərbaycan bir açıqlama verirsə, bu, onun həqiqətə uyğun olması demək deyil, çünki Artsax məsələsi həll olunmadı və artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaqdır.

Onun sözlərinə görə, Azərbaycan Artsax məsələsinin həll olunduğunu bəyan edərək, 44 günlük müharibədən sonra ağır yaralalan Artsaxın artıq bir subyekt olmadığını göstərməyə çalışır.

“Biz münaqişənin Azərbaycanla Qarabağ arasında olduğunu vurğulayırıq, çünki münaqişə Azərbaycanla bizim aramızdadır. Onlar isə Ermənistan-Azərbaycan varyantını irəli sürürlər və beləliklə qeyd edirlər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. İndi ikinci mərhələni həyata keçirirlər və sözdə Zangezur rayonunu, hətta Şərqi Zangezur iqtisadi rayonunu yaradıblar və oraya Artsaxa bitişik əraziləri də daxil etdilər”.

Babayanın sözlərinə görə, Şərqi Zangezur deyirlərsə, demək Qərbi zangezur da vardır, hansı ki azərbaycanlıların fikrincə Syunikdir və azərbaycanlılar sonra bu ərazilərə qarşı müəyyən istəklərini göstərəcəklər.

“Hər şeyə baxmayaraq, Minsk qrupu həmsədrləri işlərini davam etdirəcəklər, çünki bu məsələnin həllinin yeganə formatıdır. Danışıqların tam gücü ilə davam etməsi üçün vaxt lazımdır. Artsaxın danışıqlar masasına qayıtması həmişə xarici siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur”,-deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button