ER Milli elmlər akademiyası Şəeqşünaslıq İnstitutunun elmi rəhbəri vəzifəsini icra edən akademik Ruben Safrastyan, jurnalistlə söhbətində Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığın xüsusiyyətləri və perspektivləri barədə danışıb.
Ruben Safrastyanın nəzərincə, Türkiyə bir başa olaraq türk-azərbaycan aqressiya tədbiq edərək Artsaxa qarşı müharibəyə rəhbərlik etdi.
Orada hərbi-texnika, muzdlular cəlb edərək siyasi və digər hiss ediləcək yardım göstərdi.
Bütün bunlar isə Türkiyənin Azərbaycanın xarici siyasətçiliyi üzərində kəskinliklə artımına dəlalət etdiyini isbat edir.
“Şuşi bəyannaməsinin mətnini araşdırsaq, deyə bilərik ki, bu sənəd həqiqətən Rusiya və Belarusiya nümunəsinə bənzər bir türk-azərbaycan federativ dövlətin və ortaq dövlətin yaradılması prosessinə başlanığıc qoyur.
Bunun həmçinin pantürkist mənası var” – deyərək türkoloq akademik qeyd edib.
Safrastyana görə, Şuşi bəyannaməsində Pan-Türkçülük proqramını sübut edən və bununla da türkdilli dünyaya Türkiyənin Azərbaycanla yaxından inteqrasiya olunduğunu göstərən açıq bir məqam var – bəlkə də bu, gələcəkdə digər türkdilli ölkələr üçün irəliləmə yolu ola bilər.
Türkiyə potensialını müxtəlif sahələrdə istifadə edərək bu istiqamətdə fəal şəkildə çalışır.
Xüsusilə hərbi sahədə türk “Bayraktarları” 44 gün davam edən Artsax müharibədən sonra böyük bir ad qazandı.
Bu səbəbdən də Türkiyə, hərbi sahədə əməkdaşlıq tezisini ortaya qoyaraq, türkdilli ölkələr arasında silahlarını hər yerdə tərif edir”- deyərək akademik qeyd edib.
Safrastyana görə, ümumturan ordusunun yaradılması ideyası hələ də reallıqdan uzaq olan eyni məqsədə xidmət edir, lakin yalnız bir sıra ölkələrlə davam edən danışıqları və razılaşmaları nəzərə alsaq təsəvvür edə bilərik.
Gələcəkdə türkdilli ölkələrin əsl əməkdaşlığı daha da yaxınlaşacaqdır. Türkoloq akademik yaxın gələcəkdə türkdilli dövlətlərin hərbi-siyasi ittifaqının qurulmasını da istisna etməmişdir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında 2021-ci iliyunun 15-də Şuşidə bir bəyannamə imzalandı. Sənəd hərbi-siyasi və iqtisadi-enerji sahələrində Ankara-Bakı əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Xatırladaq ki, Şuşi keçən il 44 günlük Artsax müharibəsi zamanı Azərbaycanın nəzarətinə keçmişdi. Ondan sonra 2020-ci il noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən qəbul edilən üçtərəfli bəyanata əsasən , hərbi əməliyyatlar dayandırıldı.