Başlıcaİctimaiyyət
Almaniyada qanunsuz yaşayan Azərbaycan vətəndaşların növbəti kütləvi deportasiyası nəzərdə tutulur
Almaniyada qanunsuz yaşayan Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir. Bu barədə “Report” məlumat yayıb.
Ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.
Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır.
Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.