BaşlıcaSiyasət

Armen Grigoryan Xarici işlər nazirinin birinci müavini təyin edildi

ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın  sərəncamıyla Armen Grigoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edildi.

“Təhlükəsizlik Şurasının  təşkili və fəaliyyəti haqqında” ER Qanununun 7-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq:

Armen Grigoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin” – deyərək sərəncamın  mətnində  bildirilib.

Nikol Paşinyanın başqa bir sərəncamıyla Armen Grigoryan Xarici işlər nazirinin birinci müavini təyin edildi.

“Dövlət qulluğu haqqında”  ER qanununun 9-cu maddəsinin  1-ci bəndini rəhbər tutaraq

Armen Grigoryanın Xarici işlər nazirinin birinci müavini təyin edilsin”– deyərək sərəncamda qeyd olunub.

Qeyd edək ki, Armen Grigoryan  ER  Təhlükəsizlik Şurasının  katibi vəzifəsinə  2018-ci il  mayın 17-də təyin olunmuşdur.

Daha çox göstər
Back to top button