Başlıcaİctimaiyyət

Azərbaycanda 31 nəfərdə “Delta” ştammı aşkarlanıb

Azərbaycanda koronavirusun “Delta” ştammı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi ilə İcbati Tibbi Sığorta üsrə Dövlət Agentliyinin birgə məlumatında bildirilir.

“Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub”-deyə məlumatda deyilir.

Daha çox göstər
Back to top button