BaşlıcaSiyasət

Azərbaycanda akkreditə olunmuş diplomatların Artsaxın işğal olunmuş ərazilərinə səfərə görə bir sıra səfir ER XİN-ə çağırıldı

İyulun 9-10-da Azərbaycanın hakimiyyəti tərəfindən bəzi ölkələrin səfirlərinin Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə təşkil olunmuş səfərləri ilə əlaqədər müvafiq diplomatik missiyalarının rəhbərləri Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfirlərə onların hökumətlərinə ünvanlanmış nota verilib. Qeyd olunub ki, Ermənistan Respublikası Azərbaycanda akredite olunmuş diplomatik nümayəndələrinin Artsaxın işğal olunmuş ərazilərə, o cümlədən Hadrut və Artsaxın tarixi mərkəzi Şuşi şəhərinə səfərlərini tamamilə qəbuledilməz hesab edir.

Bu ərazilər etnik təmizləməyə məruz qalıblar, Azərbaycanın silahlı qüvvələri isə əhaliyə qarşı hərbi cinayətlər və kütləvi cinayətlər törədiblər. Qeyd olunub ki, Azərbaycan bu cür tədbirlərlə Artsax xalqına qarşı təcavüzü qanuniləşdirmək və münaqişəni güc yolu ilə həll etmək iddialarını gücləndirmək istəyir.

Bütün görüşlər zamanı vurğulanıb ki, diplomatik nümayəndələrinin bu cür səfərlərdə iştirakı Ermənistan Respublikası və bu ölkələr arasında əməkdaşlıq ruhuna, eləcə də ATƏT Minsk qrupunun həmsədrliyinin mövqeyinə ziddir.

Bu baxımdan Ermənistan güc tədbiqinə haqq qazandıran və bununla regional sülhü və təhlükəsizliyi sarsıdan hər hansı hərəkətlərdən qətiyyətlə çəkinməyə çağırır.

Daha çox göstər
Back to top button