
ABŞ konqresmeni Adam Şif Kaliforniyada Erməni-Amerikan muzeyinin və mədəniyyət mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Bu barədə Adam Şif “facebook” səhifəsində bildirdi.
“Glendeldə Erməni-Amerika Muzeyinin və Mədəniyyət Mərkəzinin təməl qoyma mərasimində iştirak etmək mənim üçün şərəf idi. Amerikalı ermənilər xalmıqımızın ən vacib komponentidir. Onlar adətlərimizi, ənənələrimizi və cəmiayyətlərimizi zənginləşdirirlər. Onların tarixi Amerika tarixi kimidir- çətinliklər qarşısında həmişə bir ümid, əzm və yeni bir başlanğıc. Bu muzey bu tarixin nəsildən nəsilə ötürülməsini təmin edəcəkdir”,- deyə Adam Şif qeyd etdi.