
İyulun 14-də saat 10:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsində insident baş verib. Azərbaycanın SQ birləşmələri mövqelərinin irəliləməsi məqsədilə istehkam işləri aparmağa çalışıb. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
“İşlərin dayandırılması istiqamətində erməni tərəfinin keçirdiyi tədbirlərdən sonra azərbaycanlı hərbi qulluqçular erməni mövqeləri istiqamətinə snayper atəşi açıblar.
Baş vermiş atışma nəticəsində ER Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub. Azərbaycan tərəfinin də itkiləri var.
ER Müdafiə Nazirliyi Azərbaycan tərəfinin növbəti təxribatı pisləyir. Nazirlik xəbərdar edir ki, bunlar üçün ciddi əks tədbirlər olacaq. Vəziyyətin sonrakı gərginləşdirilməsinin məsuliyyətini Azərbaycanın hərbi-siyasi rəhbərliyi daşıyacaq”,- deyə ER Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.