
Ermənistanla Azərbaycan arasında müzakirə olunan kommunikasiyaları regionda blokdan çıxarılması hansısa dəhlizin yaradılması demək deyil.
Bu haqda ER Baş nazirinin müavini Mher Grigoryan, “hraparak.am” saytına verdiyi müsahibəsində bildirib.
.
“Bir daha sizi əmin edə bilərəm ki, dəhliz məntiqli hər hansısa məsələ heç vaxt müzakirə etməmişəm, müzakirə etməyirəm və müzakirə etməyəcəyəm də, bu sadəcə istisna olunur, bu kontekstdə bir şey şərh etməyə ehtiyac görmürəm, çünki bu olan iş deyil”- deyərək Grigoryan qeyd edib.
“Dəhliz məntiqi” ifadəsi özündə tərəflərdən biri tərəfindən əlavə suveren hüquqlar verməsi deməkdir. Bunu Baş nazir tamamiylə istisna edir.
Grigoryan, bölgədəki yolların bağlanması məntiqinin Azərbaycanın Ermənistan ərazilərindən başqa ölkələr tərəfindən malların tranziti və ümumi ticarət üçün istifadə imkanlarını nəzərdə tutduğunu da qeyd etdi.
“Yollar da Azərbaycan tərəfindən hər hansı bir nəzarətdə olmayacaq.Həmçinin hər hansı bir səlahiyətə, xüsusi statusa sahib olmayacaqdır”- deyərək Grigoryan qeyd edib.
.
Yolun Syunikdən keçib keçə bilməyəcəyi sualını cavablandırmaqda çətinlik çəkən Grigoryan, bunun infrastrukturun vəziyyəti və səmərəliliyindən asılı olduğunu əlavə etdi.