BaşlıcaİctimaiyyətSiyasət

ABŞ koronavirus epidemiyası ilə əlaqədar olaraq Ermənistan, Avstriya və Almaniyaya səfərlərin təhlükə səviyyəsini azaldıb

ABŞ Dövlət Departamenti koronavirus epidemiyası ilə əlaqədar olaraq Ermənistan, Avstriya və Almaniyaya səfərlərin təhlükə səviyyəsini azaldıb. Dövlət Departamenti indi həmin ölkələri ziyarət edərkən “böyük ehtiyatlı olmağa” çağırır.

Ümumiyyətlə, dördüncü dərəcəli təhlükə səviyyəsi mövcuddur. CDC Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə məlumatlarına görə Dövlət Departamentinin məsləhətləşmələri mütəmadi olaraq yenilənir.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 226 597-yə çatıb.

2020-ci ilin martın 16-də Ermənistanda fövqəladə vəziyyət elan edildi və bu müddət bir neçə dəfə uzadıldı.

ER Hökumətin 2020 il 11 sentyabr tarixli qərarə əsasən, karantin rejimi 2021-ci ilin yanvarın 11-nədək üzadıldı. Sonra iyulunun 11-dədək, iyulunun 9-da isə 2021-ci ilin dekabrın 20-dədək uzadılıb.

Daha çox göstər
Back to top button