BaşlıcaSiyasət

Azərbaycan hökuməti vasitəçilərin çağırışlarını nəzərə alsa, yaxşı olar: Paşinyan

Azərbaycan Ermənistanın demarkasiya və delimitasiya işlərinə qarşı olduğunu və mane olduğunu təqdim etməyə çalışır. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bugünkü hökumət iclasında bəyan etdi və əlavə etdi ki, Azərbaycan açıq şəkildə saxtalaşdırılmış xəritələr ortaya qoyaraq ER suveren ərazilərinin bir sıra hissələrində, xüsusilə də Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsində öz SQ-nın müvculduğunu əsaslandırmağa çalışır.

“Həm beynəlxalq ictimaiyyət, həm də Ermənistan bu məsələ ilə bağlı dəfələrlə mövqelərini bildiriblər: Azərbaycan SQ-nin bu ərazilərdən çıxarılması, sərhəddən həm Ermənistan, həm Azərbaycan SQ-nin başlanğıc mövqələrinə geri çəkilməsi, sərhəddə Rusiya sərhədçilərinin və ya beynəlxalq müşahidəçilərin yerləşdirilməsi, beynəlxalq himayə altında demarkasiya işlərinin hazırlanması”- deyə Paşinyan qeyd edərək iddia edib ki, Ermənistan Respublikasının bu təklifi qüvvədə qalır. Ermənistan bu istiqamətdə Rusiyanın tərəfdaşları ilə işləyir və Azərbaycan Ermənistanın təklifinə heç bir şəkildə cavab verməyib.

“Azərbaycan Ermənistanın sülhə və sülh müqaviləsinə qarşı olduğu təəssüratını yaratmağa çalışır. Ermənistan isə bir neçə dəfə ATƏT MQ həmsədrlərinin aprelin 13-də etdiyi bəyanatı  açıq şəkildə alqışlayıb”- deyə Paşinyan vurğulayaraq qeyd edib ki, həmsədrlərin təklifi əsasında 3 əsas prinsip durur: öz müqəddəratını təyinetmə hüququ, güc və ya güc tətbiqin istisnası və ərazi bütövlüyü.

“Həmsədrlərin bu bəyanatı, əslində bölgədəki sülh üçün regional xəritə təklifindən başqa bir şey deyil. Ermənistan bu bəyanatı alqışlayıb və müddəalarına müsbət cavab verib”- deyə Paşinyan  qeyd edib və bir daha təsdiqləyib ki, Ermənistan həmsədrlərin bəyanatında göstərilən format və məzmunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin bərpasına hazırdır.

Nikol Paşinyan qeyd edib ki, Azərbaycan hakimiyyəti “qeyri-konstruktiv bəyanatlar və hərəkətlər yerinə vasitəçilərin çağırışlarına qulaq asmasa” və eyni zamanda tanınmış həmsədrlərin təkliflərinə də münasibət bildirdsə, yaxşı olar.

Paşinyan həm də vurğulayıb ki, Ermənistan Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsində israrlıdır. Azərbaycanın təxribat xarakterli hərəkətləri isə, həll prosesinə hansı ölkənin həqiqətən mane olduğunu göstərir.

Daha çox göstər
Back to top button