
Ermənistan-Azərbaycan sərhədində gərginlik Azərbaycan tərəfindən yaradılır. Bunu ER Baş nazirinin müavini vəzifəsini icra edən Tigran Avinyan jurnalistlərlə brifinqdə dedi.
“Qeyd edirəm ki, Azərbaycan tərəfi tez-tez sərhəddə gərginlik yaradır. Bunu anlamamız çox önəmlidir”,-deyə Avinyan qeyd etdi ki, sərhəd gərginliyinə simmetrik cavablar olmalıdır.
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həllinə toxunan Avinyan qeyd etdi: “Gec-tez bütün qonşularla sərhəd demarkasiyası olmalıdır. Ancaq sərhədimizi çox kobud şəkildə pozmaq, sərhədimizin içərisində yerləşmək, bəzi hərəkətlərdə bizi şantaj etməyə çalışmaq təsirsiz bir yoldur, işə yaramayacaqdır. Bu cür yanaşma, şantaj metodu Ermənistan Respublikasının səlahiyyətliləri və xalqı tərəfindən qəbul edilə bilməz.
Bəli, danışıqlar masasına oturmaq lazımdır, amma müzakirə ediləcək ilk məsələ Azərbaycan qoşunlarının Ermənistan Respublikası sərhədlərindən çıxarılmasıdır”.
Ermənistan Respublikası Baş nazirinin müavini vəzifəsini icra edən Avinyanın sözlərinə görə, indi süni şəkildə yaradılmış problemlərin həlli prioritetdir və bundan sonra fundamental məsələlər ətrafında müzakirə başlayacaq. O, bu məsələnin diplomatik yolla həll olunacağına inandığını da bildirdi.