Başlıcaİctimaiyyət

Ermənistanın milli “Low cost” aviaşirkəti olacaq – Air Arabia ilə müqavilə imzalanıb

Ermənistanla Air Arabia arasında imzalanmış razılaşma milli hava daşıyıcısının yaradılması istiqamətində atılan əhəmiyyətli bir addımdır.

Ermənistan Baş nazirinin müzavini səlahiyyətlərini icra edən Tigran Avinyan bunu 14 iyul tarixində Zvartnots hava limanında milli aviaşirkətin yaradılması barədə müqavilənin imzalanmasına istinad edərək bildirdi.

“Bu strateji investisiya proqramıdır, Ermənistanda aviasiya inkişafı üçün böyük imkanlar yaradır”,-deyəTigran Avinyan qeyd etdi.

Tigran Avinyanın sözlərinə görə, imzalanan saziş Zvartnots Hava limanında yerləşəcək müstəqil bir ortaq şirkət qurulacaq. Yeni milli hava daşıyıcısı turizmin böyüməsini təşviq edəcək və əlaqəli sektorların inkişafına təkan verəcəkdir

Yeni bir milli hava daşıyıcısının yaradılması Ermənistan vətəndaşlarının əlverişli hava səyahətlərinin imkanlarını genişləndirəcəkdir.

Daha çox göstər
Back to top button