
Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Jonatan Lakotu qəbul edib.
ER Baş nazirinin iş heyətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Nikol Paşinyan səfiri Fransa Milli bayramı münasibətilə təbrik edərək qeyd edib ki, iki əsr əvvəlki hadisələrin yalnız Fransa üçün deyil, bütün müasir bəşəriyyət üçün də vacibdir.
Baş nazir vəzifəsini icra edicinin sözləriylə, Fransada baş verən inqlab nəticəsində dünyada yeni münasibətlər formalaşdı.
“Ölkələrimiz arasındakı münasibətlərin ənənəvi olaraq yüksək səviyyədə olduğunu qeyd etmək olduqca xoşdur.
Fransa Prezidenti Emanuel Makronun yaxın gələcəkdə ölkəmizə səfərini səbirsizliklə gözləyirik ki, bu da Ermənistan-Fransa çoxtərəfli münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə töhfə verəcək” – deyərək Nikol Paşinyan əlavə edib ki, daim onunla əlaqədədir.
Baş nazir vəzifəsini icra edən Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində Fransanın bölgədəki sabitliyi möhkəmləndirmək səylərini yüksək qiymətləndirdiyini vurğuladı.
Səfir Lakot təbrik sözlərinə görə təşəkkür edərək 2018-ci ildə baş verən inqilabın Ermənistanda demokratik dəyərlərin möhkəmləndirilməsi üçün yeni reallıqlar yaratdığını bildirdi.
Səfir Baş nazir vəzifəsini icraedicisini iyunun 20-də növbədən kənar parlament seçkilərinin yüksək səviyyəylə keçməsi münasibətiylə təbrik edərək qeyd etmişdir ki,həmin seçkilərlə Ermənistan beynəlxalq meydanda möhkəm demokratiya mesajını istiqamətləndirdi və o cümlədən Fransa ilə əməkdaşlığın yeni istiqamətini açmış oldu.
Conatan Lakote əlavə edib ki, Emanuel Makronun Ermənistana səfərini təşkil etmək istiqamətində aktiv işlər aparılır ki, bu da
Ermənistan-Fransa münasibətlərinin inkişafına, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə böyük təkan verə bilər.
Səfir Fransa tərəfinin Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.
Fransa səfiri davam edən prosesləri yaxından izlədiklərini və Fransa tərəfinin sabitliyi möhkəmləndirmək, ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək və danışıqları davam etdirmək səylərini davam etdirəcəyini qeyd etdi.
Səfir Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını, bunun yalnız Dağlıq Qarabağın statusu dəqiqləşdirildikdən sonra mümkün olacağını vurğulayıb.
Eyni zamanda, səfir Lakot bu cür hərəkətlərin yolverilməzliyi və Azərbaycan silahlı qüvvələri tərəfindən açılan atəşdən erməni hərbiçinin ölümü münasibətiylə təəssüfləndiyini bildirib.
Nikol Paşinyan əlavə edib ki, Azərbaycan bölgədə qeyri-sabitlik yaratmaq üçün hər şeyi edir və bunu ən yüksək səviyyədə davamlı aqressiv ritorikalı bəyanatlar da isbat edir.
Baş nazir səlahiyyətlərini icra edən, beynəlxalq ictimaiyyət tərəfindən davam edən əməllərə adekvat cavab verəcəyini və mühüm vasitələr əldə ediləcəyini mühüm hesab edib.