
Ermənistanın Xarici İşlər Nazirliyi iyulun 14-də Azərbaycan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, iyulun 14-də Ermənistan Respublikasının Yerasx hissəsində təxribatçı irəliləməyə başlayıb, nəticədə Ermənistan Respublikasının hərbi qulluqçusu Samvel Gagiki Alaverdyan həlak olub.
“Həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və dəstəyimizi bildiririk. Azərbaycan silahlı qüvvələri bölmələrinin Ermənistan Respublikasının suveren ərazisinə – Syunik və Geğarkunik bölgələrinəzorla daxil olunmasında sonra bu təxribat xarakterli hərəkətlər aydın şəkildə göstərir ki, rəsmi Bakı regional sülh və təhlükəsizliyi pozaraq yeni gərginlik mənbələri yaratmağa çalışır.
Ermənistan Respublikasına qarşı bu təcavüzü qətiyyətlə pisləyirik. Bu, beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu cür addımların atılması vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara bilər, bunun üçün tam məsuliyyət Azərbaycan hakimiyyəti daşıyır”,- deyə bəyanatda qeyd olunur.