
“Haystani Hanrapetutyun” gündəliyi yazır: “Bu gün Azərbaycan parlament nümayəndə heyəti ilk dəfə “Şimali Kipr Türk Respublikası”nı ziyarət edəcək. Bununla, əslində Bakı Kiprin şimal hissəsinin işğalını tanıyacaq və rəsmi tanınması zaman məsələsi olacaq.
Artsax ərazilərinin işğalı öncəsi, Türkiyə özünü elan edən “Şimali Kipr Türk Respublikası”nın tanınması prosesini gücləndirmək üçün addım atmaqdan çəkinirdi, lakin bu gün həyata keçirilməsində heç bir maneə görmür. Həm Azərbaycan, həm də Türkiyə Artsax məsələsini “qapalı” hesab edir və Kiprin şimal hissəsinin işğalını növbəti mərhələ kimi həll etmək istəyirlər.
İkinci Artsax müharibəsində göstərilən hərbi-siyasi dəstəyə görə “böyük qardaşına” “borclu” olan Azərbaycan bu gün bunun əvəzini ödəməlidir. Zamanla bu qiymətin həmin ölkənin maraqlarına zidd ola biləcəyi istisna edilmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Kipr məsələsi ilə bağlı “dünyaya mesaj” vermək üçün Türkiyənin istifadə edəcəyi ilk əlaqə olacaqdır. Türkiyə, Azərbaycan və Pakistan arasında dərinləşən əməkdaşlığı nəzərə alaraq, Pakistanın özünü elan edən “Şimali Kipr Türk Respublikası”nı tanıyan növbəti ölkə olacağı ehtimalı var”.