BaşlıcaSiyasət

Azərbaycan parlament nümayəndə heyəti ilk dəfə, özünü türk dövləti elan edən Şimali Kiprə səfər edib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çatatay   Kılıcı Azərbaycan parlament nümayəndə heyətinin özünü elan etdiyi Şimali Kipr türk dövlətinə ziyarətini tarixi  hesab edir.

 “Anadolu” nun verdiyi məlumata görə,  bu haqda    Kılıç  Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Samid Seyidov ilə görüşündə  bildirib.

Kılıçın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin  bu səfəri “dünyaya güclü bir mesaj olacaqdır”.

O,əlavə edib ki, Azərbaycan və Türkiyə  birlikdə “ Bir xalq iki dövlət” prinsipinə sadiq qalaraq  inamla  gələcəyə doğru baxır.

Daha çox göstər
Back to top button