
Bakıda Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti ilə birqə mətbuat konfransı zamanı deyib ki, Avropa Birliyi Minsk qrupunun səylərinə əlavə olaraq Ermənistan ilə Azərbaycan arasında vasitəçi olaraq konstruktiv rol oynamağa hazırdır.
“Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanaqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir”,- deyə Şarl Mişeol qeyd edib.
O, bu barədə Twitter mikrobloqunda video yayımlayıb.
Şarl Mişelin Bakıya səfəri başa çatıb, o dünən Gürcüstana gedib.
Avropa Şurasının prezidenti bu gün Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransında iştrak edəcək.